Dekabrın 2-də ER xarici işlər naziri Ararat Mirzoyan Haaqada Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan Dövlətlər Assambleyasının sədri Paivi Kaukoranta ilə görüşüb.
Həmsöhbətlər BCM-nin fəaliyyətinin səmərəliliyinin təmin edilməsi istiqamətində üzv dövlətlərin əməkdaşlığı məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, çağırışlarla dolu hazırkı dövrdə beynəlxalq hüquq normalarına riayət edilməsinə və qanunun aliliyinin təmin edilməsinə, eləcə də Məhkəmənin fəaliyyətinə güclü sadiqlik çox vacibdir.
Müvafiq olaraq, Ermənistanın BCM ilə əməkdaşlığının prioritetlərinə toxunulub.
Ararat Mirzoyan və Paivi Kaukoranta sabit sülhün təmin edilməsi istiqamətində beynəlxalq ədalət mexanizmlərinin mümkün rolu barədə fikir mübadiləsi aparıblar.
Görüşdə regional inkişaflar da müzakirə olunub.