ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib․ Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir".
Diplomat vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.
Qeyd edək ki, Mark Libbinin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2023-cü il noyabrın 8-də təsdiqlənib.