ER Parlamentinin sədri Alen Simonyan Kolumbiya Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Hektor İsidro Arenas Neiranı qəbul edib.
Səfiri Ermənistan parlamentində salamlayan Alen Simonyan bu cür görüşlərin Ermənistan-Kolumbiya münasibətlərinin inkişafına töhfə verə biləcəyinə ümid etdiyini bildirib, öz növbəsində səfir Arenas Neira Alen Simonyana qəbula görə təşəkkür edib və ikitərəfli münasibətlərə yeni tempin verilməsi üçün addımlar atmağa hazır olduğunu bildirib.
Həmsöhbətlər ikitərəfli maraq doğuran digər məsələlərə, xüsusilə də parlamentlərarası əməkdaşlığa toxunublar.