Baş nazir Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana və vitse-prezident, baş nazir, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktuma Milli bayram münasibətilə təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, ikitərəfli münasibətlər bu gün yüksək səviyyədədir.
“Bunu ildən-ilə dərinləşən siyasi dialoq, qarşılıqlı etimada və qarşılıqlı faydaya əsaslanan çoxsahəli əməkdaşlığın genişlənməsi sübut edir.
Eyni zamanda, əminəm ki, hər iki tərəfin səyləri sayəsində biz əməkdaşlığımızı strateji səviyyəyə qaldıra bilərik və bununla əlaqədar mən Ermənistan Respublikası hökumətinin bu istiqamətdə lazımi addımlar atmağa hazır olduğunu bildirirəm”.
BƏƏ-nin vitse-prezidentinə ünvanlanan müraciətdə qeyd olunur:
“Sizi Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə ürəkdən təbrik edirəm. Ermənistan dost Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin davamlı inkişafına, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verir.
Mən Ermənistan Respublikası Hökumətinin Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın səviyyəsini daha da artırmaq öhdəliyini və bu məqsədə çatmaq üçün bütün səyləri göstərməyə hazır olduğunu bir daha təsdiq edirəm.
Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, dost Birləşmiş Ərəb Əmirlikləri xalqına davamlı sülh və firavanlıq arzulayıram”.