Türkiyə Hələbdə baş verən qarşıdurmalarda iştirak etmir, lakin təhlükəsizlik tədbirləri görür, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Biz yeni miqrasiya dalğasına səbəb ola biləcək bu cür hərəkətlərdən qaçacağıq. Bölgədəki terrorçu qrupların can damarları ABŞ-ın nəzarəti altındadır. ABŞ-ın dəstəyi olmasaydı, 3 gün belə davam edə bilməzdilər”, - deyə Fidan bildirib.
Onun sözlərinə görə, Ankara terror təşkilatının Suriyada dövlətə çevrilməsinə imkan verməyəcək.