Helsinkidə ER xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdən sonra Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri özünün X mikrobloqunda yazıb.
"Bu gün Helsinkidə erməni həmkarım Ararat Mirzoyanı salamlamaqdan məmnun oldum. Aİ ilə daha sıx münasibətlərə və demokratik islahatlara güclü dəstəyimizi vurğuladım. ATƏT-ə sədrliyimiz dövründə Cənubi Qafqaz prioritet məsələdir”, - Finlandiyanın xarici işlər naziri yazıb və konstruktiv müzakirələrin davam etdiriləcəyini qeyd edib.