Polşa prezidenti Anjey Duda bildirib ki, o, Azərbaycan prezidenti İlham Əliyevlə COP29 çərçivəsində digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etmək üçün təkbətək söhbət edib.
“Mən prezidentə dedim ki, Ermənistana rəsmi səfərə gedəcəyəm və ondan son vaxtlar müzakirə olunan münaqişə məsələlərinə münasibətini bildirməsini xahiş etdim. Xoşbəxtlikdən, sülh prosesi və bu münaqişə məsələlərinin həlli irəliləyir. Bu, çox çətindir, lakin proses irəliləyir”, - deyən Duda eyni məsələləri Ermənistanın yüksək rütbəli rəhbərliyi ilə də müzakirə etdiyini bildirib
Polşa prezidenti Avropa İttifaqının Ermənistandakı mülki missiyasına toxunaraq, missiyanın sabitləşdirilməsinin zəruri olduğunu vurğulayıb.
“Avropa İttifaqının Ermənistandakı missiyasında iştirak edən nümayəndələrimizlə də görüşüm oldu. EUMA-nın rəhbəri cənab Markus Ritterlə görüşdüyüm yerlərdə olduq”, - deyə Duda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, missiya sərhəddə vəziyyətin sakitləşdirilməsində müəyyən uğurlar əldə edir.
"Polşa həmin missiyada iştirak edir və həmin missiyada öz nümayəndələrinin sayının artırılması məsələsinə baxır", - Polşa rəhbəri bildirib.
Bundan əvvəl Azərbaycan tərəfi Dudanın Ermənistan-Azərbaycan sərhədinə səfərindən narazılığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin fikrincə, bu, “Aİ-yə üzv olan müxtəlif dövlətlərin və Avropa strukturlarının anti-Azərbaycan siyasətini” göstərir.