Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrin bəzi keçmiş hərbçiləri Naxicevandan Bakıya İlham Əliyevin Adminstrasiyasına şikayətə gəliblər. İkinci Qarabağ müharibəsində yaralanan keçmiş hərbçilər hələ də birdəfəlik müavinət ala bilmədiklərini deyirlər.
“Sosial Müdafiə Nazirliyi tərəfindən əlilliyimiz təsdiqlənib, sənədlərimiz var, şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu, onu göstərir ki, bu adamlar bu pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, – keçmiş hərbçi Kamran İbrahimova BBC-yə bildirir.
Kəşfiyyatçı hərbçilər deyir ki, onlara əlillik dərəcəsi verilib, buna görə pensiya alırlar, amma qanuna görə, onlara birdəfəlik kompensasiya da verilməlidir. Onlar, həmçinin bildirirlər ki, Müdafiə Nazirliyinə tabe qurumlardan 4 ildir bu kompensasiyanı nə üçün ala bilmədiklərini öyrənə bilmirlər.
Müdafiə Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, məsələ araşdırılır.