Ermənistan KTMT-də fəaliyyətini dayandırıb və bu, respublikanın siyasi rəhbərliyinin təşkilata münasibətdə mövqeyini əks etdirir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
“Qeyd edim ki, bu, müstəqil, suveren dövlətin qərarıdır, ona heç bir dövlət və ya təşkilat təsir edə bilməz. Bununla belə, biz hesab edirik ki, Ermənistan bizim müttəfiqimiz olub, var və qalır. Biz ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Təbii ki, Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın da mövqeyi müzakirə olunub”, - Tasmaqambetov qeyd edib.