Noyabrın 28-də Helsinkiyə işgüzar səfəri çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Finlandiya parlamentinin sədri Yussi Halla-aho ilə görüşüb.
ER XİN-in məlumatına görə, tərəflər Ermənistan və Finlandiya arasında ikitərəfli əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə ediblər. İki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi üçün atılan addımlar və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb,
Ermənistanın xarici işlər naziri və Finlandiya parlamentinin sədri də Aİ və qarşılıqlı maraq doğuran əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
"Biz Ermənistan və Finlandiya arasında qarşılıqlı maraq doğuran bütün sahələri, eləcə də Aİ alətlərini əhatə edəcək fəal siyasi dialoqa uyğun olaraq iddialı əməkdaşlıq gündəliyi qurmaq üçün geniş imkanlar görürük", - nazir Mirzoyan qeyd edib.
Ararat Mirzoyan və Yussi Halla-aho regional məsələlər və cari çağırışlar barədə fikir mübadiləsi aparıblar.Mirzoyan “Sülh kəsişməsi” proqramına da toxunub.