Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində qəza qeydə alınıb. Avtomobillərin toqquşması nətisində altı nəfər aldığı xəsarətdən ölüb.
Müdafiə Nazirliyi məlumat yayıb ki, yol qəzasında ölənlərdən beşi hərbçidir.
Nazirlikdən qeyd olunub ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.