Ermənistan və Finlandiya xarici işlər nazirlərinin təkbətək söhbətindən sonra geniş tərkibdə görüş keçirilib.
Tərəflər siyasi dialoqa paralel olaraq müxtəlif sahələrdə, o cümlədən ticarət, biznes əlaqələri, informasiya texnologiyaların və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Ararat Mirzoyan və Elina Valtonen ER-Aİ tərəfdaşlığının gündəmdəki məsələlərini hərtərəfli müzakirə ediblər. Münasibətlərin inkişaf dinamikasına, bu istiqamətdə cəmiyyət arasında fəal müzakirələrə, hazırlanmaqda olan yeni tərəfdaşlıq gündəliyinin geniş spektrinə və mümkün perspektivlərə toxunulub.
Çoxtərəfli platformalarda, o cümlədən Finlandiyanın ATƏT-ə sədrliyi çərçivəsində əməkdaşlığa da toxunulub. Ermənistan və Finlandiyanın xarici işlər nazirləri regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan qonşularla münasibətlərin tənzimlənməsi istiqamətində görülən işləri təqdim edib.
Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması kontekstində Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini, eləcə də regional kommunikasiyaların açılmasında dair Ermənistanın baxışını təqdim edib.