Noyabrın 25-də BMT-nin Cenevrədəki ofisində Ermənistanın daimi nümayəndəsi Hasmik Tolmacyan etimadnaməsini BMT ofisinin baş direktoru Tatyana Valovayaya təqdim edib. Bu barədə ER XİN məlumat yayıb.
Etimadnamələrin təqdim olunmasından sonra keçirilən görüşdə Hasmik Tolmacyan BMT-nin Cenevrədəki ofisinin insan hüquqları və humanitar hüququn beynəlxalq mexanizmlərinin gücləndirilməsində və inkişafında əsas rolunu vurğulayıb.
Tərəflər Cənubi Qafqaz regionunda humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfir Tolmacyan Ermənistanın regionda davamlı və möhkəm sülhün bərqərar olması istiqamətində davamlı səylərini təqdim edib.