Noyabrın 26-da ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Portuqaliyanın xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi Nuno Sampayo ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Portuqaliya münasibətlərinin hazırkı dinamikasını məmnunluqla qeyd edib, hər iki ölkənin siyasi dialoqu inkişaf etdirmək və dərinləşdirmək istəyini vurğulayıblar. Bu kontekstdə Ermənistan-Portuqaliya gündəliyinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Hər iki tərəf beynəlxalq strukturlar çərçivəsində artıq mövcud olan qarşılıqlı fəaliyyətin, eləcə də çoxtərəfli platformalarda birbaşa təmasların daha da aktivləşdirilməsinin vacibliyini vurğulayıb.
Vahan Kostanyan həmsöhbətə Ermənistan tərəfinin Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasına baxışını və atılan addımları təqdim edib.
ER-Aİ tərəfdaşlığına da toxunulub. Vahan Kostanyan Ermənistan-Aİ əməkdaşlığının inkişafı və dərinləşdirilməsində Portuqaliyanın dəstəyinin vacibliyini qeyd edib.