ER Parlamentinin spikeri Alen Simonyan noyabrın 27-də Almaniya Federativ Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buşu qəbul edib.
Ermənistanda diplomatik xidmətə başlaması münasibətilə onu təbrik edən Paramentin sədri səfirə bu mühüm missiyada uğurlar arzulayıb.
Milli Məclisin sədri kimi o, Ermənistan-Almaniya münasibətlərinin inkişafına yönəlmiş təşəbbüslərdə lazımi köməklik göstərməyə hazır olduğunu qeyd edib.
Almaniya səfiri də öz növbəsində qəbula görə Alen Simonyana təşəkkür edib və ikitərəfli münasibətlərə yeni tempin verilməsi üçün əlindən gələni edəcəyinə əmin edib.
Tərəflər İki ölkə arasındakı münasibətlərlə bağlı məsələləri, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər.