NATO Rusiya ərazisinə zərbələr endirmək niyyətində olduqlarını etiraf edib.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı bildirib.
“Son günlərdə NATO-nun hərbi komitəsinin rəhbəri cənab Bauer birbaşa bəyan etdi ki, Şimali Atlantika Alyansına üzv dövlətlərin müdafiə məqsədlərini həll etmək üçün hərbi qüvvələrin hədəflərinə qabaqlayıcı zərbə endirmək lazımdır.
NATO-ya görə, Alyansa təhlükə yarada bilən Rusiya Federasiyası”, - Lavrov bildirib.