ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra Çin, Meksika və Kanadadan gələn mallara gömrük rüsumları tətbiq edəcəyinə söz verib.
“Truth” sosial şəbəkəsində Tramp Meksika və Kanadadan idxal edilən bütün mallara 25 faiz, Çindən idxal olunan mallara isə əlavə 10 faiz rüsum tətbiq edəcəyini yazıb
“Mən dəfələrlə Çin nümayəndələri ilə ABŞ-a göndərilən narkotik, xüsusən də külli miqdarda fentanil haqqında danışmışam, lakin heç bir nəticəsi olmayıb”, - Donald Tramp yazıb.