Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu Tərəflər Konfransına qatılan nümayəndə heyətləri yekun sənəd üzərində işi vaxtında başa çatdıra bilmədilər və COP29 başa çatdıqdan sonra məsləhətləşmələri davam etdirməlidirlər. Bu barədə France Info radiosu xəbər verir.
Konfrans dünən axşam başa çatmalı idi, lakin həmin vaxta qədər kompromis əldə olunmadı və indi danışıqlar iştirakçıları nəzərdə tutulduğundan daha çox Azərbaycanda qalmalı olacaqlar.