Bakıda davam edən COP29-da çıxış edən Almaniyanın xarici işlər naziri Analena Berbok Azərbaycanı sərt tənqid edib və bu ölkədə insan haqlarının vəziyyətinin narahatlıq doğurduğunu qeyd edib.
Burbok jurnalistlərin, fəalların və müxalifət nümayəndələrinin həbslərini xatırladıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasının 76 deputatının Azərbaycana girişinə qadağa qoyulmasını qətiyyən qəbuledilməz hesab edib.
"Bura həm də Bundestaqın alman deputatları daxildir və Azərbaycanın Avropa Şurasında üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır", - Almaniyanın xarici işlər naziri bildirib.
Diplomat iqlim dəyişikliyi konfransında insan haqlarının vəziyyətinin də müzakirə edilməsini vacib hesab edib.