Fransada işgüzar səfərdə olan ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan noyabrda Lionda “Overn-Rona-Alplar-Ermənistan-Syunik Dostluq Günü” tədbirində və onun çərçivəsində keçirilən siyasi dəyirmi masalarda müzakirələr zamanı, mətbuat konfransında və digər əlaqədar tədbirlərdə iştirak edib. ER XİN-dən məlumat verilir.
Tədbir zamanı Paruyr Hovhannisyan Ermənistanın üzləşdiyi regional çağırışları və onların aradan qaldırılması və regionda sabit sülhün bərqərar olması prosesində Ermənistanın göstərdiyi səyləri təqdim edib.
2023-cü ilin mart ayında ER Syunik rayonu ilə Fransanın Overn-Rona-Alplar regionu arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həmin gün Overn-Rona-Alplar regional şurasının iqamətgahında Syunik bölgəsinin beş icmasının: Meğri, Kacaran, Sisian, Teğ, Tatev və Overn-Rona-Alplar regionunun beş şəhəri: Bron, Sen Şamon, Montelimar, Mornan, Pyu an Vle arasında əməkdaşlıq müqavilələrinin təntənəli imzalanması keçirilib.
Qoris-Vyan, Kapin-Sent Etyen şəhərləri arasında mövcud əməkdaşlığı nəzərə alaraq, bu qardaşlaşma sazişləri ilə Overn-Rona-Alplar regionu indi Syunik bölgəsinin bütün yeddi bələdiyyəsi ilə əməkdaşlıq edəcək.