Noyabrın 20-də ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan Respublikasına yeni təyin olunmuş nümayəndə heyətinin rəhbəri Dafne Mareni etimadnamənin surətinin təqdim olunması münasibətilə qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Nümayəndə heyətinin yeni rəhbərini təbrik edən Vahan Kostanyan BQXK-nın bundan sonra da Ermənistanda humanitar problemlərin həllində fəal iştirak edəcəyinə və həssas qruplara yardım göstərəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı BQXK tərəfindən Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin vaxtaşırı baş çəkməsi, itkin düşmüş və məcburi itkin düşmüş şəxslərin taleyinin öyrənilməsi və digər humanitar xarakterli məsələlər müzakirə olunub.
BQXK-nın nümayəndə heyətinin rəhbəri Dafne Mare Ermənistan tərəfi ilə sıx əməkdaşlığın davamlılığının təmin edilməsində öz səlahiyyətləri çərçivəsində maksimum səy göstərməyə hazır olduğunu bildirib.