G20 çərçivəsində Rio-de-Janeyroda ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.
ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, tərəflər Cənubi Qafqazda ləyaqətli və sabit sülhün vacibliyini müzakirə ediblər.
Onlar Livandakı vəziyyəti, eləcə də Qəzzada davam edən müharibəyə son qoyulması və bütün girovların azad edilməsi zərurətini müzakirə ediblər.