COP-29-un Bakıda keçirilən 29-cu Konfransında iştirak edən Pallonun rəsmi internet saytında yerləşən bəyanata əsasən, Palon həm konfrans zamanı, həm də oteldə Azərbaycan hökumətinin dəstəklədiyi etirazlarla üzləşib.
Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Palona ABŞ Konqresinin üzvləri ilə görüşdə iştirakını qadağan edib.
“Məni susdurmaq cəhdləri yalnız Azərbaycanın zalım rejimindəb əziyyət çəkənlər ləyaqəti uğrunda mübarizə əzmimi gücləndirir.
Mən Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Ermənistanın ərazi suverenliyinin qorunması və Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması, regionda sülhün bərqərar olması üçün ədalətli və davamlı sülh sazişi uğrunda mübarizəni davam etdirəcəyəm”, - Palon bildirib.
Bildirilib ki, o Əliyevlə görüşə icazə verilən Nümayəndələr Palatasının digər üzvlərindən Azərbaycanın Ermənistana təcavüzünün davam etməsi ilə bağlı məsələ qaldırmağı xahiş edib.
“Mən fəxr etdim ki, iki partiyadan ibarət nümayəndə heyəti Əliyevə ABŞ hökumətinin partiya mənsubiyyətindən asılı olmayaraq, regionda daha çox münaqişənin olmasını istəmədiyini və Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının yalnız sülh yolu ilə həll oluna biləcəyini söylədi”,- o deyib.