Noyabrın 18-də Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstanın mədəniyyət naziri Lina Mendoni ilə görüşüb. Bu barədə ER Yunanıstandakı səfirliyi məlumat yayıb.
“Səfir Mkrtçyan ER-Yunanıstan ikitərəfli münasibətlərində mədəni diplomatiyanın əhəmiyyətini vurğulayıb. Mədəniyyət sahəsində əməkdaşlıq üçün yeni imkanlar, ikitərəfli sektoral hüquqi bazanın genişləndirilməsi imkanları və bir sıra birgə təşəbbüslər müzakirə edilib.
Xanım Mendoni səfərə görə ER səfirinə təşəkkür edib və sazişlərin ikitərəfli əməkdaşlığın təşviqi üçün mühüm əsas olduğunu və bu baxımdan yaxın gələcəkdə yeni addımların atılacağını qeyd edib. Ermənistanı dost ölkə kimi qiymətləndirən Yunanıstan rəsmisi bu cür təmasların tez-tez olmasını, qarşılıqlı tədbirlərdə, təşkilatçılıqda iştirak etməklə davamlı əlaqədə olmağın vacibliyini vurğulayıb. Yaxın vaxtlarda qarşılıqlı səfərlər vasitəsilə mədəniyyət sahəsində əməkdaşlıq prosesinə toxunulub.
Tərəflər Ermənistanda və regionda baş verən mədəni prosesləri də müzakirə ediblər. Nazir Mendoni Yunanıstanın həm xarici, həm də daxili siyasəti kontekstində mədəniyyətin mühüm rolunu vurğulayıb”, - məlumatda deyilir.