Fransadakı diplomatik missiyasının başa çatması münasibətilə səfir Hasmik Tolmacyan Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Ollandla görüşlər keçirib. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Ermənistanın səfiri keçmiş prezidentlərə Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərin möhkəmlənməsinə davamlı töhfələrinə görə minnətdarlığını bildirib.
Görüşlərdə Cənubi Qafqazda vəziyyət və davam edən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.