Noyabrın 18-də yerli vaxtla saat 12:41-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi tərəfindən İran-Azərbaycan-Ermənistan sərhəd zolağında Əhər şəhərindən 65 km şimal-qərbdə, 10 km dərinlikdə 3,8 bal gücündə zəlzələ qeydə alındıb.
Episentral zonada yeraltı təkanların gücü 5 bal olub.
Zəlzələ Meğri, Kapan, Kacaran, Aqarak şəhərlərində, həmçinin Syunik marzının Alvank, Şvanidzor, Nrnadzor və Nerkin Hand kəndlərində 3 bal gücündə hiss olunub.