ABŞ Prezidentinin İqlim Məsələləri üzrə İdarəsinin qanunvericilik məsələləri üzrə direktoru Culiya Qrinsfelder bildirib ki, ABŞ konqresmeni Frenk Pallon artıq Azərbaycanda deyil.
Diplomatik mənbələrdən məlum olub ki, Palon noyabrın 18-dən COP29-da iştirak etməyi, həmçinin Bakıda bir çox görüşlər keçirməyi planlaşdırıb.
Lakin ermənipərəst konqresmenin səfəri kəskin tənqid və hiddətə səbəb olub, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilib.