Fransanın Ermənistandakı səfiri Olivier Dıkotni özünün X mikrobloqunda Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququndan danışıb.
“2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Dağlıq Qarabağı tərk etməyə məcbur edilən ermənilərin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyib. Bir il keçsə də, Azərbaycan hələ də bu sərəncamı yerinə yetirməyib.
Fransa heç nəyi unutmur və onların nə geri qayıtmaq hüququ, nə də mədəni və dini irsin qorunması məsələsində heç nədən imtina etməyəcək”, - səfir yazıb.