Baş nazir Nikol Paşinyan Müqəddəs Taxt-taca işgüzar səfəri çərçivəsində Roma Papası ilə təkbətək söhbət edib.
Paşinyan qeyd edib ki, Ermənistanda rezident təyin edilməsi dostluq münasibətlərində mühüm irəliləyiş olacaq.
Nikol Paşinyan Roma Papasına Ermənistan-Azərbaycan sülh prosesindəki son hadisələr haqqında məlumat verdi və Ermənistan hökumətinin Sülh Gündəliyinə sadiqliyini bir daha təsdiqlədi.
Baş nazir erməni əsirlərin azad edilməsi üçün Müqəddəs Taxt-Tacın davamlı səylərinə görə təşəkkür etdi.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.