Erməni tərəfinin bəyanatları Yerevanın KTMT işinin bütün formatlarından geri çəkildiyini göstərir, - Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin noyabrın 28-də keçiriləcək KTMT sammitində Ermənistanın iştirakının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Ermənistan daha əvvəl KTMT tədbirlərində iştirakını dondurduğunu və strukturun maliyyələşdirilməsini dayandırdığını bəyan edib. Erməni tərəfinin qiymətləndirməsinə görə, alyans Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.