Bu gün Gürcüstanın Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu müzakirə edib.
MSK-nın ümumi məlumatlarına görə, hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səslə seçkilərdə qalib gəlib və 89 mandat əldə edib.
Müzakirə zamanı komissiyanın müxalifətçi üzvü Davit Kirtadze MSK-nın başına qara boya töküb və iclas təxirə salınmalı olub.
Seçki komissiyasının qarşısında da nümayişlər keçirilir.