Ölkəmiz regionda sülhün möhkəmləndirilməsində mühüm rola malikdir, İrakli Kobaxidze Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Qonşu ölkələrimiz arasında münaqişələrə baxmayaraq, Gürcüstan həmişə düzgün, balanslaşdırılmış siyasət aparmağa nail olub və bu, regionumuzda maksimum sülhün bərqərar olmasına töhfə verib”, - deyə Gürcüstanın baş naziri danışıqları dəstəkləməkdə daha fəal vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.
“Biz bu yanaşmanı gələcəkdə də davam etdirəcəyik. Əgər Gürcüstanın vasitəçi kimi daha fəal iştirakında maraqlı olarsa və ya danışıqları dəstəkləmək üçün başqa imkanlar olarsa, biz həmişə bununla bağlı hazır olduğumuzu bildiririk”, - Kobaxidze bildirib.