Noyabrın 14-də ER-in ABŞ-dakı səfiri Lilit Makunts ABŞ senatoru Rocer Uiker (Respublikaçı, Missisipi) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Həmsöhbətlər senatorun rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası nümayəndə heyətinin 2024-cü ilin iyulunda Ermənistana səfərini və son regional hadisələri müzakirə ediblər. Xüsusilə, səfir Makunts Ermənistan və Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyətini senator Uikerə təqdim edib.
Hər iki tərəf ER-ABŞ ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.