ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdə hazırkı prezident Co Baydenlə görüşündə Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyini bildirib. Bu barədə New York Post qəzeti məlumat yayıb.
Tramp qeyd olunan iki mövzu ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb.
“Mən onun Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə aydınlıq gətirmək istədim və o, bunu mənə təqdim etdi. Yaxın Şərqdəki vəziyyət haqqında da ətraflı danışdıq. Onun hazırkı vəziyyətlə bağlı nöqteyi-nəzərini anlamaq mənim üçün vacib idi”, - deyə Tramp bildirib.