Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Azərbaycan prezidenti Əliyevin Aİ, Fransa və Hollandiyaya qarşı ittihamlarına münasibət bildirdi.
“Prezident Əliyevin Aİ, Fransa və Hollandiyaya qarşı ittihamları dərin təəssüf hissi doğurur. Bu qəbuledilməz bəyanatlar konfransın ən mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP-29-da sədrliyinə inamı sarsıda bilər”, - deyə Borel yazıb.
O vurğulayıb ki, Aİ Fransa və Hollandiyanı dəstəkləyir.
Borel bildirib ki, Avropa İttifaqı və ona üzv olan ölkələr qlobal iqlim maliyyələşdirməsinə ən böyük töhfə verənlərdir və iqlim dəyişikliyi ilə mübarizədə bütün dünyada tərəfdaşları dəstəkləyirlər.
Borel Əliyevə Azərbaycanda insan haqlarının vəziyyətini də xatırladıb.
“Biz həmçinin Azərbaycan hakimiyyətinin ölkədə insan haqlarının kritik vəziyyəti ilə üzləşən KİV və QHT-lərə hücumlarını qəbuledilməz hesab edirik”, - o deyib.