Pentaqon Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulan pulun qalıq məbləğini müəyyən edib. Ümumilikdə bu, 9,3 milyard dollar (təxminən 8,8 milyard avro) təşkil edir. Noyabrın 12-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, ABŞ Hərbi Hava Qüvvələrinin general-mayoru Pat Rayder bildirib. Pentaqonun sözçüsü vurğulayıb ki, ABŞ yeni prezidentinin komandası ölkənin idarəçiliyini təhvil almazdan əvvəl ABŞ Ukraynaya kömək etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Noyabrın 1-də Pentaqon Kiyevə növbəti dəfə 425 milyon dollarlıq hərbi yardım ayırdığını açıqlayıb. "Bu, ABŞ Müdafiə Nazirliyinin arsenalından Ukraynaya verilən hərbi yardımın 69-cu tranşıdır", - mesajda deyilir.