Noyabrın 12-də ER xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfəri çərçivəsində Stokholm Şəhər şurasının sədri Olle Burel ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Yerevan və Stokholm arasında əməkdaşlığın qurulması imkanlarını müzakirə edərək, yaşıl keçid, şəhər həyatının müxtəlif sahələrinə davamlı innovasiyalar sərmayəsi, qadınların və vətəndaş cəmiyyətinin yerli özünüidarəetmə orqanlarına cəlb edilməsinin artırılması kimi istiqamətləri xüsusi olaraq qeyd ediblər.
Ararat Mirzoyan və Olle Burel demokratik islahatların əhəmiyyəti, müasir şəraitdə demokratiyanın təşviqi yolunda qarşıya çıxan problemlər barədə fikir mübadiləsi aparıb, onların aradan qaldırılması üçün müxtəlif platforma və səviyyələrdə fəal qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıblar.
Görüşün sonunda nazir Mirzoyan Olle Burelin müşayiəti ilə Şəhər şurasının tarixi binasına qısa ekskursiya edib.