Tbilisidə etirazlar davam edir. Dünən müxalifət Gürcüstan parlamenti qarşısında “Biz Avropayıq” şüarı ilə aksiya təşkil edib. Aksiya iştirakçıları ölkədə keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz edərək, Gürcüstanın Avropaya inteqrasiyasını dəstəklədiklərini bildiriblər.
Mitinqdə Baltikyanı ölkələr, Finlandiya, Fransa, Almaniya, Polşa və İsveçdən Tiflisə gedən avropalı deputatlar çıxış ediblər. Onlar Gürcüstanın Aİ-yə üzv olacağına əminliklərini ifadə ediblər və bu yoldan dönməməyə çağırıblar. BBC-nin məlumatına görə, onlar Gürcüstan prezidenti, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxalifət fəalları ilə görüşlərdən sonra etiraz aksiyası iştirakçılarına qoşulublar.
Gürcüstanın baş naziri Bakıda keçirilən COP-29 çərçivəsində bəyan edib ki, müxalifət xalqın dəstəyini qazanmadığı üçün uğur qazana bilməyəcək. İrakli Kobaxidze yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyasının oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanıyacağına, ona görə hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyinə inandığını bildirib.