ER-nin İnsan Hüquqlarının Müdafiəçisi (Ombudsman) Anahit Manasyan noyabrın 11-də Almaniya Federativ Respublikasının yeni təyin olunmuş səfiri Klaudiya Buşu qəbul edib.
Səfiri salamlayan Anahit Manasyan onu üzərinə götürdüyü mühüm vəzifə münasibətilə təbrik edib və ona məhsuldar iş arzulayıb.
Müdafiəçi qonağa Ombudsmanın fəaliyyətinin mühüm istiqamətlərini təqdim edib
Görüş zamanı Müdafiəçi digər məsələlərlə yanaşı, məişət və gender əsaslı zorakılığın qarşısının alınması və İstanbul Konvensiyasının ratifikasiya edilməsi zərurətinə, qadın hüquqlarının müdafiəsi və təşviqinə dair işlərin vacibliyinə toxunub.
Səfir Klaudiya Buş da öz növbəsində qəbula görə təşəkkür edib və insan hüquqlarının müdafiəsi missiyasının həyata keçirilməsində Ombudsman təsisatının rolunu vurğulayıb.