Azərbaycan Ermənistana qarşı işi çərçivəsində Haaqa Məhkəməsi dərc olunmuş qərarında Azərbaycan Ermənistana qarşı işi çərçivəsində ER-nin təqdim etdiyi birinci və üçüncü ilkin etirazları təmin edir, ikincisini isə rədd edir.
Qeyd edək ki, Ermənistan 3 ilkin etirazını təqdim edib.
1. Ermənistan qeyd edir ki, Azərbaycan şikayəti, xüsusən 1993-cü ilin iyulundan 1996-cı il sentyabrın 15-dək baş vermiş hadisələrlə bağlı məhkəmənin müvəqqəti yurisdiksiyası yoxdur. Bu, Ermənistanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya üzv olduğu, Azərbaycanın isə olmadığı dövrdür. Əksinə, Ermənistan bəyan edir ki, bu şikayətlər qəbul edilməməlidir.
2. Məhkəmənin iddia edilən minaların yerləşdirilməsi ilə bağlı Azərbaycanın şikayətlərinə baxmaq səlahiyyəti yoxdur. Minalar üzərində predmetin yurisdiksiyasına qərar verərkən, Məhkəmə ilk növbədə Ermənistanın bu cür minaları yerləşdirməklə normaları pozması və təqdim olunan sübutların onunla etnik təmizləməyə cəhd edildiyini sübut etməsi ilə bağlı Azərbaycanın şikayətinə baxmalıdır. Ermənistan qeyd edir ki, Azərbaycan öz ərizəsində minaların yerləşdirilməsinin normaların pozulması demək olduğunu sübut etməyi tələb etməyib.
3. Üçüncü ilkin etiraz, odur ki, Məhkəmənin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın əhatə dairəsi daxilində Azərbaycanın ətraf mühitlə bağlı şikayətlərinə baxmaq üçün subyektin yurisdiksiyasına malik deyil.