Macarıstanın daxili işlər naziri Şandor Pinterin dəvəti ilə Ermənistanın daxili işlər naziri Vahe Qazaryanın başçılıq etdiyi nümayəndə heyəti Budapeştdədir.
Macarıstanın daxili işlər naziri ilə görüşdə kadr hazırlığı, təhsil sektorunda əməkdaşlığın gücləndirilməsi, konkret istiqamətlər üzrə təcrübə mübadiləsi, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.