Bakıda COP 29 sammiti başlayıb və tədbirdə iştirakdan imtina edən məşhur isveçli ekoloq Qreta Tunberq Tbilisidə Azərbaycan avtoritarizminə etiraz aksiyası keçirməyə hazırlaşır.
O, Qafqazda yayılan avtoritarizm və istismar dalğasına qarşı hərəkata qoşulmağa çağırıb. “COP 29-dan pərdə kimi istifadə edən Azərbaycan yalançı “yaşıl” gündəm daxilində nəzarəti gücləndirir, gücünü gücləndirir və regionda gərginliyi artırır. 20 ildən artıqdır ki, Əliyev başda olmaqla Azərbaycan rejimi insanları yoxsulluğa, qorxuya və sükuta sövq edərək təzyiq altında saxlayıb”, - Qreta Tunberq İnstaqramda yazıb.
Eko-fəalın fikrincə, regionda avtoritar rejimlər nəzarəti gücləndirir, fərqli fikirləri yatırır, öz xalqından istifadə edir, amansız siyasətə haqq qazandırmaq üçün ermənilərə, ukraynalılara, kürdlərə və digər milli azlıqlara qarşı müharibə və etnik təmizləmə aparır. Bunu səsləndirənlər- jurnalistlər, fəallar, alimlər çox vaxt həbsə atılır və zorakılığa məruz qalırlar”.
Tunberq həmçinin Kollektiv Qərbi günahlandırıb, onun sözlərinə görə, Qərb enerji və mənfəət üçün zalım rejimləri qanuniləşdirməyə və maliyyələşdirməyə davam edir.
“Qərb dövlətləri resurs müqabilində zülmə göz yummaqla Qafqaz xalqlarının üzləşdiyi zülm və iztirablara şərik olurlar”, - deyə ekoloq bildirib.