Fransa Ermənistanın 2026-cı ildə Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin növbəti Konfransına, COP17-yə ev sahibliyi etmək qərarını alqışlayır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Fransa Kalidə keçirilən COP16 zamanı tərəflər tərəfindən qəbul edilən qərarı qətiyyətlə dəstəklədi. Fransa növbəti COP-un uğurla keçirilməsində Ermənistanın yanındadır. Bu mühüm məqam Biomüxtəliflik üzrə Qlobal Çərçivə Sazişinin (Kunmin-Monreal) həyata keçirilməsində həlledici rol oynayacaq”, - məlumatda deyilir.