Respublika Prezidenti Vahaqn Xaçaturyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.
“Əminəm ki, qüdrətli dövlətin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə təcrübənizdən və nüfuzunuzdan, eləcə də ölkəniz və xalqınız qarşısında məsuliyyətinizdən ən yaxşı şəkildə istifadə edəcəksiniz.
Biz regionumuzda sülhün və sabitliyin təmin edilməsində ABŞ-ın rolunu və səylərini yüksək qiymətləndiririk.
Ermənistan və ABŞ arasında yüksələn xətlə inkişaf etməkdə davam edən mövcud ikitərəfli münasibətlərə, o cümlədən strateji dialoq formatına xüsusi önəm verildiyi yeni əməkdaşlıq sahələrinə böyük əhəmiyyət veririk”,- məktubda deyilir.