Noyabrın 7-də səfir Makunts Dini Etiqad Azadlıqları üzrə Beynəlxalq Konfransın (IRF) icraçı direktoru Piter Berns və Save Armenia Xristian-Yəhudi Birliyinin direktoru Matias Pertula ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş iştirakçıları Ermənistan-Amerika münasibətlərini müzakirə ediblər, həmçinin Cənubi Qafqazdakı regional hadisələrə, o cümlədən Ermənistanın sadiq olduğu sülhə və münasibətlərin normallaşmasına yönəlmiş səylərə toxunublar.
Hər iki tərəf ümumi maraq doğuran məsələlər üzrə əməkdaşlığı aktivləşdirməyə və genişləndirməyə hazır olduqlarını bildiriblər.