Ümid edirik ki, son nəticədə təkcə Türkiyə ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə deyil, həm də iki ölkə arasında münasibətlərin tam tənzimlənməsinə, o cümlədən diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına nail olmaq mümkün olacaq. Bunu ER xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin brifinqlərində Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinin həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı olması barədə bəyanatına cavab verərkən deyib.