Biz hər ay hərbi əsirlərimizə baş çəkən, həmçinin onların səhhəti ilə bağlı bizə məlumat verən Qırmızı Xaç tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Bu barədə ER xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
“Bundan əlavə, biz beynəlxalq hüquq-mühafizə orqanları və bu məsələləri həll etmək üçün aydın mandata malik olan BMT-nin Xüsusi Prosedurları kimi müxtəlif digər tərəfdaşlarla fəal işləyirik”, - o deyib.
Vahan Kostanyan ÇNL-29-dan əvvəl DQ-nin hərbi-siyasi rəhbərliyinin mümkün qayıdışı məsələsinə toxunaraq qeyd edib ki, “Ermənistan Xarici İşlər Nazirliyinin prioritetlərindən biri bütün soydaşlarımızın geri qayıtması məsələsidir”.