Hazırda sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur. Bu barədə ER xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin brifinqində bildirib.
“Keçən dəfə Azərbaycana ötürülən maddələrin sayında heç nə dəyişməyib” deyən nazir müavini əlavə edib: “Tərəflər arasında hələ də həllini tapmayan məsələlər var və iki tərəf arasında danışıqlar davam edir”.
Vahan Kostanyan bir daha xatırladıb ki, ER Konstitusiyası məsələsi sülh sazişinin tərkib hissəsi deyil.