Baş nazir Nikol Paşinyan Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir:
“Hörmətli cənab Tramp,
Sizi Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, sizin zəngin təcrübəniz, bilik və bacarıqlarınız Amerika xalqının rifahının təmin edilməsinə, Birləşmiş Ştatların maraqlarının təşviqinə və dünyada ABŞ-ın rolunun gücləndirilməsinə ən yaxşı şəkildə xidmət edəcəkdir.
Ötən illər ərzində ölkələrimizin tarixi dostluğuna, ümumi dəyərlərinə və qarşılıqlı maraqlarına söykənən Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər misilsiz irəliləyişlər əldə edib. Təbii ki, o prosesdə Amerika erməni icmasının da rolu var.
Cənubi Qafqazda suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərinə əsaslanan sülh və sabitliyin bərqərar olması, Ermənistanda demokratik təsisatların gücləndirilməsi, insan hüquqlarının və qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, korrupsiyanın qarşısının alınması istiqamətində ölkələrimiz arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirirəm.
Çoxşaxəli gündəliyimizdə ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafı, eləcə də mövcud böyük potensialdan tam istifadə edilməsi xüsusi yer tutur. Bu baxımdan, mən Ermənistanın iqtisadi və enerji dayanıqlığının artırılmasına yönəlmiş birgə səyləri qeyd etməkdən məmnunam.
Əminəm ki, prezidentliyiniz dövründə strateji tərəfdaşlıq səviyyəsinə çatmaq vizyonumuzu həyata keçirərək ER-ABŞ əlaqələri daha da möhkəmlənəcək və biz yeni nailiyyətlər əldə etməyə davam edəcəyik
Hörmətli cənab Prezident,
Ümidvaram ki, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə, xüsusən də Cənubi Qafqazda davamlı və sabit sülhün bərqərar olması, regional iqtisadi və kommunikasiya yolların açılmasında yeni imkanlar açılacaq.
Bununla bağlı ER hökumətinin təklifləri "Sülhün kəsişməsi" layihəsində tamamlanır.
Sizi Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edim, Sizə möhkəm cansağlığı, uğurlar və dost Amerika Birləşmiş Ştatları xalqının rifahı və tərəqqisi naminə yeni nailiyyətlər arzulayıram”.