Bakıda COP29-da iştirak edən Avropa İttifaqı liderləri ölkədə siyasi məhbuslar məsələsini birbaşa Azərbaycan hakimiyyəti qarşısında qaldırmalı və onların azad edilməsini tələb etməlidir. Bu barədə 17 beynəlxalq hüquq müdafiə təşkilatının noyabrın 6-da dərc etdiyi birgə bəyanatda bildirilir.
Azərbaycanda son iki ildə hökumət tənqidçilərinə qarşı hücumlar ciddi şəkildə artıb. Aİ açıq şəkildə çıxış etmək və vətəndaş cəmiyyəti, müstəqil KİV və ölkədə hüquq müdafiəçiləri üçün konkret yaxşılaşdırmalara nail olmaq üçün COP29-a beynəlxalq diqqətdən istifadə etməlidir, deyə bəyanatda bildirilir.
“Aİ Azərbaycanla enerji əməkdaşlığı da daxil olmaqla, iqtisadi və siyasi əlaqələrin Aİ-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğun olaraq insan hüquqları sahəsində konkret öhdəliklər ehtiva etməsini təmin etməlidir.
COP29-da iştirak edən Aİ liderləri siyasi məhbusların azad edilməsini tələb etməli, təcili tibbi yardıma ehtiyacı olanlara birinci dərəcəli diqqət yetirməli, siyasi məhbuslar və onların ailələri ilə görüş tələb etməli, müstəqil KİV və vətəndaş cəmiyyətinə dəstəyini açıq şəkildə ifadə etməli, hakimiyyəti qanunsuz olaraq həbs olunan hər kəsi qeyd-şərtsiz azad etməyə və QHT-lər haqqında repressiv qanunları ləğv etməyə çağırmalıdır” deyə bəyanatda bildirilir.